Azərbaycanda plastik torbalar bahalaşdı

Ölkədə kiçik plastik torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə qaldırılıb, böyük ölçülü torbalar isə artıq 7 qəpiyə təklif olunur.
Bu barədə AzTV-nin efirində bildirilib.
"Bu qiymət dəyişimi istehlakçı davranışına necə təsir edəcək?" sualı gündəmə gəlsə də, müşahidələr hələlik ciddi dəyişikliyin olmadığını göstərir.
Şəhərdə aparılan müşahidələrə əsasən demək mümkündür ki, plastik torbaların qiyməti artsa da, bu, insanların seçiminə ciddi təsir etməyib. Alıcıların böyük əksəriyyəti yenə də polietilen torbalara üstünlük verirlər.
Bəzi istehlakçılar mağazalarda başqa alternativin az olduğunu bildirirlər:
"Mağazalarda çox vaxt plastik paketlər təklif olunur, mən məcbur olub onlardan götürürəm".
Marketoloq Qələndər Məmmədlinin sözlərinə görə, əsas problem alternativlərin təqdimatındadır:
"Marketlərdə istehlakçı kassaya gələndə onun üçün əlçatan olan plastik torbalardır. Ətraf mühit üçün zərərsiz olan torbalar isə adətən ayrı rəflərdə, gözəçarpmayan yerlərdə olur", - deyə o vurğulayıb.
Daha çox xəbər:
25 noyabr 2025, Çərşənbə axşamı
Restoranda qiymət yenilənir, amma menyu köhnədir - Müştəri nə etməlidir?
25 noyabr 2025, Çərşənbə axşamı
Ağ Evin “sülh planı” ilə bağlı SENSASİON ETİRAF: Putinə məğlub olan Trampın artıq istefası tələb olunur
27 oktyabr 2025, Bazar ertəsi
Vanqa mifi – milyonlarla insan hələ də saxta “öncəgörən”in kəramətinə inanır
Şərhlər (0)


