Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Zabit kursunu bitirən ali təhsillilərə leytenant rütbəsi veriləcək

Zabit kursunu bitirən ali təhsillilərə leytenant rütbəsi veriləcək

25 noyabr 2025, Çərşənbə axşamı
2
0
Zabit kursunu bitirən ali təhsillilərə leytenant rütbəsi veriləcək
 
Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək.
 
Bu, Milli Məclisin bu gün keçirilən iclaslında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Şərh yaz
Şərhlər (0)