Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI

“Beynəlxalq təhlükəsizlik sistemi dərin keçid dövrü yaşayır”.
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyev IV Bakı Təhlükəsizlik Forumunda (BTF) çıxışı zamanı deyib.
O, Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ildən-ilə əhatəsi genişlənən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnunluğunu bildirib. Xidmət rəhbəri belə mötəbər tədbirlərin aktual çağırışların peşəkar müzakirəsi üçün geniş imkanlar yaratdığını, xüsusi xidmət və təhlükəsizlik orqanları arasında mühüm dialoq platformasına çevrildiyini vurğulayıb.
General-polkovnik Əli Nağıyev beynəlxalq təhlükəsizlik sisteminin dərin keçid dövrü yaşadığını, ənənəvi mexanizmlərin yeni təhdidlərə çevik cavab verə bilmədiyini və etibarlı tərəfdaşlığın zəruriliyini qeyd edib.
Təhlükəsizliyin artıq yalnız sərhədlərin qorunmasından ibarət olmadığını açıqlayan DTX rəhbəri davam edən münaqişələrin regional proseslərə, enerji bazarlarına və ərzaq təhlükəsizliyinə təsir etdiyini nəzərə çatdırıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
31 avqust 2026, Bazar ertəsi
Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - TƏHLİL
Şərhlər (0)



