Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı

Erməni milyarder Samvel Karapetyanın komandası Azərbaycanın Kərki kəndi ilə bağlı ciddi layihələr hazırlayır.
Karapetyan Kərkinin Azərbaycan ərazisi olduğunu nəzərə almadan kəndi turizm mərkəzinə çevirmək və burada müxtəlif istehsal sahələri yaratmaq planlarından danışıb.
“Hazırda kifayət qədər ciddi proqramlar hazırlayırıq. Məqsədimiz bütövlükdə bu ərazini turizm mərkəzinə çevirmək, eyni zamanda müxtəlif istehsal sahələri yaratmaqdır ki, insanlar öz doğma yerlərini tərk etməsinlər”, – deyə Karapetyan bildirib.
Qeyd edək ki, Kərki Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında Sədərək rayonuna aid kənddir və hazırda Ermənistanın işğalı altındadır.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
10 mart 2026, Çərşənbə axşamı
Prezident ilham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
Şərhlər (0)



