Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür

ABŞ-nin Azərbaycandakı səfirliyi 11 sentyabr terror aktlarının 25-ci ildönümü ilə bağlı açıqlama yayıb.
Səfirliyin kollektivi 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən terror hücumları və onların nəticələri səbəbindən həyatını itirən 3 minə yaxın insanın xatirəsini yad edib.
Açıqlamada terror aktlarının qurbanları və onların ailələri, fövqəladə xidmət əməkdaşları, eləcə də həmin faciədən sonra həyatı dəyişən insanların xatırlandığı bildirilib.
Səfirlik 11 sentyabr hücumlarından sonra dünyanın bir çox ölkəsinin, o cümlədən Azərbaycanın ABŞ ilə həmrəylik nümayiş etdirdiyini xüsusi vurğulayıb.
“Amerikalı və azərbaycanlı hərbçilər Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində çiyin-çiyinə xidmət ediblər. Qlobal terrorizmə qarşı birgə mübarizəmizə verdiyi töhfəyə görə Azərbaycana minnətdarıq”, – deyə səfirliyin açıqlamasında bildirilir.
Bəyanatda qeyd olunur ki, 25 il əvvəl terrorçular ABŞ-yə hücum edərək Amerikanın həyat tərzini təhlükə altına almağa çalışsalar da, məqsədlərinə çata və Amerika xalqının iradəsini sındıra bilməyiblər.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
19 yanvar 2026, Bazar ertəsi
Türkiyə Ağ Evi Suriya üzərindən "vurur": ABŞ-ın "terror dövləti" layihəsi boşa çıxır
27 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktından 3 il ötür
Şərhlər (0)


