Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » "Green Card" üçün qeydiyyatın başlanması niyə gecikir? - RƏSMİ CAVAB

"Green Card" üçün qeydiyyatın başlanması niyə gecikir? - RƏSMİ CAVAB

21 oktyabr 2025, Çərşənbə axşamı
5
0
"Green Card" üçün qeydiyyatın başlanması niyə gecikir? - RƏSMİ CAVAB
 
ABŞ-nin "Green Card" (Yaşıl Kart) lotereyası üzrə qeydiyyatın gecikməsi çoxsaylı suallara səbəb olub. Prosesin gecikməsi səbəbindən rəsmi qeydiyyatın nə vaxt başlayacağı barədə dəqiq tarix hələlik məlum deyil.
 
Məsələ ilə bağlı ABŞ-nin Azərbaycandakı səfirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, federal hökumətin fəaliyyətini dayandırdığı dövrdə (şatdaun) ABŞ hökumətinin bir çox vacib olmayan xidmətləri müvəqqəti olaraq dayandırılır:
 
"Yaşıl Kart lotereyası ilə bağlı məlumat almaq üçün hökumət fəaliyyətini bərpa etdikdən sonra yenidən müraciət etmək lazımdır".
 
Qeyd edək ki, 2025-ci il oktyabrın 1-də ABŞ federal hökuməti 2026-cı maliyyə ilinin həmin gün başlamasına baxmayaraq Konqresin müvafiq maliyyələşdirmə qanunvericiliyini qəbul edə bilməməsi səbəbilə yerli vaxtla saat 00:00-da fəaliyyətini dayandırıb.
Şərh yaz
Şərhlər (0)