“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum

İran Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin olunması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan qarşısında yeni tələb qoyub.
Erməni mənbələrinin yaydığı məlumata görə, Tehran Zəngəzur dəhlizinin təhlükəsizliyinin ya Ermənistan Silahlı Qüvvələri, ya da artıq Ermənistan ərazisində olan üçüncü ölkənin hərbi qüvvələri tərəfindən təmin edilməsini istəyir. Bildirilir ki, ikinci halda söhbətin Rusiyanın hərbi qüvvələrindən getdiyi ehtimal olunur.
Məlumata görə, İranın əsas məqsədi öz sərhədləri yaxınlığında ABŞ hərbçilərinin yerləşdirilməsinə imkan verməməkdir. Tehran xəbərdarlıq edir ki, gərginliyin artacağı təqdirdə İran sərhədləri yaxınlığında yerləşdiriləcək amerikalı hərbçilər legitim hədəf kimi nəzərdən keçirilə bilər.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
10 dekabr 2025, Çərşənbə
Kreml İrəvana erməni kilsəsindən hücuma keçib: Rusiya Cənubi Qafqaz üçün yeni xaos ssenarisi yazır
Şərhlər (0)



