Ceyhun Bayramov Abbas Əraqçi ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, nazirlər Azərbaycan–İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər müntəzəm yüksək səviyyəli dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
31 avqust 2026, Bazar ertəsi
Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - TƏHLİL
10 fevral 2026, Çərşənbə axşamı
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb - YENİLƏNİB - MƏTN
Şərhlər (0)


