Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb

Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb

14 noyabr 2025, Cümə
2
0
 
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir.
 
Zəngilan rayonunun Ağalı kəndinə 41 ailə - 110 nəfər köçürülüb.
 
Ağalı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
 
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər./Report
Şərh yaz
Şərhlər (0)