Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi

Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi

24 avqust 2026, Bazar ertəsi
0
0
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
 
Gürcüstanda quru sərhəd-keçid məntəqələrinin yaxınlığında yük avtomobilləri üçün nəzərdə tutulan dayanacaqlar yeni qaydalarla fəaliyyət göstərəcək.
 
Sərhəd-keçid məntəqələrindən 20–25 kilometr radiusda yerləşən yük avtobusları və TIR-lar üçün dayanacaqların sahibləri Quru Nəqliyyatı Agentliyinə obyektin planını təqdim etməlidirlər. Planda giriş və çıxış sxemi, dayanacaq yerlərinin, eləcə də ərazidəki tikililərin yerləşməsi göstərilməlidir.
 
Yeni qaydalara əsasən, belə dayanacaqlarda bir yük avtomobilindən alınan ödəniş 80 laridən (təxminən 30 dollar) çox ola bilməz. Bu məhdudiyyət dayanacaq rəhbərliyinin müəyyən etdiyi tarifdən və nəqliyyat vasitəsinin orada nə qədər gözləməsindən asılı olmayaraq qüvvədə olacaq.
 
Bundan başqa, Gürcüstanın sərhəd-keçid məntəqələrinə istiqamətlənən bütün yük avtomobilləri növbələrini yalnız elektron növbə idarəetmə sisteminə qoşulmuş rəsmi dayanacaqlarda gözləməli olacaqlar.
Şərh yaz
Şərhlər (0)