"Dəmir yumruq" daha da möhkəmləndi: Azərbaycanın güc paradı dünyaya nəyi göstərdi? - VİDEO

8 noyabr, Bakı. Səhər tezdən Xəzər dənizi üzərində Qələbə bayraqları səmaya yüksəlir. Paytaxtda hərbi parada hazırlıqlar gedir. Bu parad həm şərəfli keçmişin, həm də Silahlı Qüvvələrin sürətli inkişafının simvoluna çevrildi. Keçən şənbə günü Bakıda keçirilən parad daha da güclənmiş dəmir yumruq, milli iradə, texnologiya və qüdrətin təcəssümü idi.
Bu barədə "Caliber"in "YouTube" kanalının yeni buraxılışında bəhs edilir.
"Paraddan beş gün keçməsinə baxmayaraq, dövlətimizin artan hərbi gücü hələ də siyasətçilərin, tanınmış təhlilçi və ekspertlərin dilindən düşmür. Dünya ictimaiyyətinin Bakıda keçirilən parada qarşı misilsiz yüksək diqqətinin səbəbi təkcə paradda ev sahibi ölkənin Prezidenti ilə yanaşı, digər iki dövlət rəhbərlərinin iştirakında deyil.
Hərbi parad, ilk növbədə, bütün dünyaya dövlətin müdafiə potensialının, onun arsenalında olanların nümayişidir. Buna görə də həmin gün televizor ekranlarına ən yaxın oturanların hərbi ekspertlərin olması təəccüblü deyil. Onlar quruda, havada və dənizdə nümayiş etdirilən hərbi texnikanın özəlliyini hərtərəfli təhlil edərək, sonra çox vaxt gizli olan hesabatlarını tərtib edirlər və onları siyasətçilərə təqdim edirlər. Öz növbəsində siyasətçilər bu hesabatlara əsasən xarici siyasət xəttində müəyyən dəyişikliklər edə bilirlər", - deyə materialda bildirilir.
Daha ətraflı videomaterialda:
Daha çox xəbər:
06 noyabr 2025, Cümə axşamı
Faiq Seyidov: “Qarabağın Zəfər Səlnaməsi – Xalqın Qüruru, Dövlətimizin Şərəfi”
06 noyabr 2025, Cümə axşamı
Famil Bağıyev: Qarabağ yalnız Azərbaycan üçün deyil, dünya üçün nümunəvi yenidənqurma modeli olacaq
30 oktyabr 2025, Cümə axşamı
Səttar Möhbalıyev: "8 noyabr ədalətin zəfəri, liderin iradəsi, xalqın inamı, ordunun qələbəsi idi "
Şərhlər (0)

