Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Azərbaycan və Ermənistan yenidən Vaşinqtonda – masada mühüm planlar

Azərbaycan və Ermənistan yenidən Vaşinqtonda – masada mühüm planlar

12 avqust 2026, Çərşənbə
4
0
Azərbaycan və Ermənistan yenidən Vaşinqtonda – masada mühüm planlar
 
 
Vaşinqton Sülh Sammitinin birinci ildönümü münasibətilə ABŞ paytaxtında Azərbaycan, Ermənistan və ABŞ rəsmilərinin üçtərəfli görüşü keçirilib.
 
Görüş avqustun 10-da Vaşinqtonda baş tutub. Bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
 
Danışıqlarda Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini müvəqqəti icra edən Vaan Kostanyan, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker iştirak ediblər.
 
Vaan Kostanyan ABŞ Prezidenti Donald Trampın həm ötən il keçirilmiş Vaşinqton Sülh Sammitinin baş tutmasına, həm də cari il ərzində Ermənistanla Azərbaycan arasında sülhün institusionallaşdırılması prosesinə şəxsi töhfəsini yüksək qiymətləndirib.
 
Görüşdə tərəflər indiyədək qeydə alınmış müsbət irəliləyişləri, regionda nəzərdə tutulan infrastruktur layihələrini və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımları müzakirə ediblər.
 
Danışıqlar zamanı mövcud humanitar məsələlərin həllinin vacibliyi də xüsusi vurğulanıb.
Şərh yaz
Şərhlər (0)