İrəvanda Zəngəzur kabusu – Bakı Naxçıvana birbaşa bağlanacaq

Ermənistanda Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bağlı yenidən narahatlıq ifadə olunur.
APRI Armenia mərkəzinin eksperti, politoloq Beniamin Poqosyan Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanmadan Zəngəzur dəhlizinin reallaşdırılmasını maksimum hədəf hesab etdiyini bildirib.
Poqosyan Nikol Paşinyanın Vaşinqton sammitinin ildönümü ilə bağlı sosial şəbəkədə yazdığı və İrəvanla Bakı arasında sülhün bərqərar olduğunu bildirdiyi fikirlə razılaşmayıb.
Politoloqun sözlərinə görə, Azərbaycan sülh müqaviləsinin imzalanmaması üçün daim bəhanə axtarır.
Poqosyan hesab edir ki, Azərbaycan üçün ideal ssenari sülh müqaviləsinin imzalanmaması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmaması, Ermənistanla Naxçıvan arasında sərhədin açılmaması və nəticədə Ermənistanın Naxçıvan üzərindən İrana yol əldə etməməsidir.
Onun fikrincə, eyni zamanda Zəngəzur dəhlizi fəaliyyət göstərir və Azərbaycan bu marşrut vasitəsilə Naxçıvanla birbaşa nəqliyyat əlaqəsi əldə edir.
Erməni politoloq məhz bu ssenarini Azərbaycanın regionla bağlı maksimum planı kimi qiymətləndirib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
19 yanvar 2026, Bazar ertəsi
Naxçıvan yolu, Zəngəzur dəhlizi, yoxsa Tramp marşrutu? - SORĞUNUN NƏTİCƏLƏRİ
23 oktyabr 2025, Cümə axşamı
Paşinyanın təşəkkürü, müxalifətin cığallığı, Ermənistan parlamentində gərginlik
Şərhlər (0)
