Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir

Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir

10 avqust 2026, Bazar ertəsi
2
0
Qazaxıstan Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirir
 
Qazaxıstan iyul ayında Xəzər Boru Kəməri Konsorsiumunun işindəki dayanmalar səbəbindən neft ixracının bir hissəsini digər marşrutlara yönləndirib.  
 
 “İnterfaks-Qazaxıstan” xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb. 
 
Nazirlik alternativ tədarük marşrutlarını, o cümlədən Azərbaycan ərazisindən keçən marşrutları nəzərdən keçirdiyini açıqlayıb. 
 
Məlumata görə, hazırda ixrac axınlarının yenidən bölüşdürülməsi üzrə işlər aparılır. Belə ki, qeyd olunan dövrdə Atırau-Samara istiqamətində daşımalar artırılıb, həmçinin Çinə tədarüklərin artması qeydə alınıb. 
 
“Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə daşıma, Xəzər dənizi üzərindən Azərbaycan ərazisi vasitəsilə daşıma, həmçinin Bakı-Supsa marşrutu nəzərdən keçirilir”, - nazirliyin açıqlamasında deyilir. 
 
Xatırladaq ki, son dövrlərdə Ukraynanın Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna hücumları artıb. Bu səbəbdən yükləmə əməliyyatlarının dayandırıldığı, neft qiymətlərinin isə artdığı bildirilir. 
Şərh yaz
Şərhlər (0)