Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM

Samir Şərifova yeni vəzifə verildi - SƏRƏNCAM

07 avqust 2026, Cümə
5
0
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb.
 Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
 
Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir.
 
Sərəncamda qeyd edilib ki, bu məqsədlərə xidmət edən 2025-ci ildə keçirilmiş birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin investisiya imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, dövlət–özəl tərəfdaşlığının inkişafı, xarici investorlar və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, habelə yeni investisiya layihələrinin təşviqi baxımından mühüm platforma olub. Qurulan əməkdaşlıq əlaqələri Forumun davamlı beynəlxalq platforma kimi inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradıb.
 
Sərəncama əsasən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mütəmadi əsasda təşkili məqsədilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
 
Təşkilat Komitəsinin sədri
 
Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini
 
Təşkilat Komitəsi sədrinin müavini
 
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
 
 
 
Təşkilat Komitəsinin üzvləri:
 
 
 
Azərbaycan Respublikasının xarici işlər naziri
 
Azərbaycan Respublikasının maliyyə naziri
 
Azərbaycan Respublikasının mədəniyyət naziri
 
Azərbaycan Respublikasının daxili işlər naziri
 
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
 
Azərbaycan Respublikasının səhiyyə naziri
 
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
 
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
 
Azərbaycan Respublikasının energetika naziri
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
 
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
 
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi
 
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi
 
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
 
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri
 
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
 
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri
 
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
 
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
 
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
 
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
 
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri
 
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Şərh yaz
Şərhlər (0)