Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi

İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi

03 avqust 2026, Bazar ertəsi
6
0
İlham Əliyev Fələstinlə imzalanmış sənədi təsdiqlədi
 
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol” təsdiq edilib.
 
 Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
 
Fərmana əsasən, Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fələstin Dövləti Hökumətinə bildiriş göndərməlidir.
 
Qeyd edək ki, Fərman 2026-cı iyulun 10-da Bakı şəhərində imzalanıb.
Şərh yaz
Şərhlər (0)