Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Azərbaycanda bu şəxslərə əlavə imtiyaz verildi - FƏRMAN

Azərbaycanda bu şəxslərə əlavə imtiyaz verildi - FƏRMAN

30 iyul 2026, Cümə axşamı
1
0
Azərbaycanda bu şəxslərə əlavə imtiyaz verildi - FƏRMAN
 
Prezident İlham Əliyev 25 may 2026-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı"nda dəyişiklik edib.
 
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
 
Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə siyahıya qurumun aparat rəhbərinin müavini, sədrin köməkçiləri, müşavirləri, şöbə müdirləri, eləcə də "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti"nin İdarə Heyətinin sədri və onun müavinləri, "Regional Su Meliorasiya" QSC-nin icraçı direktoru və onun müavinləri, "İri Şəhərlərin Su Təchizatı" QSC-nin icraçı direktoru və onun müavinləri daxil edilib.
Şərh yaz
Şərhlər (0)