Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı

Nərminə Elsevər qızı Mustafayeva Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu, eyni zamanda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının daha bir Sərəncamı ilə Zamin Məmməd oğlu Əliyev isə Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu vəzifəsindən geri çağırılıb.
Digər Sərəncamlarla Qoşqar Aslan oğlu Zeynalov Qars şəhərinə, Zamin Əliyev isə İstanbul şəhərinə baş konsul təyin ediliblər.
Qeyd edək ki, N.Mustafayeva 2020-ci ilin iyulunda, Z.Əliyev isə 2024-cü ilin noyabrında həmin vəzifəyə təyin edilmişdi.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
14 dekabr 2025, Bazar günü
Mehparə Mustafayeva: Təhsilin və İnsanlıq Dəyərlərinin Sədaqətli Nümunəsi
Şərhlər (0)



