Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Prezident tapşırıq verdi, Baş nazir Kobaxidze ilə danışdı

Prezident tapşırıq verdi, Baş nazir Kobaxidze ilə danışdı

11 noyabr 2025, Çərşənbə axşamı
9
0
Prezident tapşırıq verdi, Baş nazir Kobaxidze ilə danışdı
 
Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədov Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə əlaqə saxlayıb.
 
“Qafqazinfo” xəbər verir ki, Baş nazir Əli Əsədov ölkəmizin qəzanın nəticələrinin aradan qaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsi üçün bütün lazımi dəstəyi göstərməyə, həmçinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq heyətinin həmin əraziyə göndərməyə və digər lazımi dəstək tədbirlərini görməyə hazır olduğunu bildirib.
 
Gürcüstan tərəfi bu dəstəyə görə təşəkkürünü bildirib, hazırda Gürcüstanın aidiyyəti qurumlarının nümayəndələrinin ərazidə çalışdığını qeyd etmişdir. Söhbət zamanı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Gürcüstan həmkarları ilə təmasda olduqları vurğulanmışdır.
 
Tərəflər faciə ilə əlaqədar təmasların davam etdirilməsini razılaşdırıb.
Şərh yaz
Şərhlər (0)