Azərbaycan Prezidenti: Bu gün ilk dəfə Pakistan hərbçiləri də Azadlıq meydanında bizimlə bərabərdirlər

Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib.
"Qardaş Pakistanın baş naziri bu gün bizim qonağımızdır. Pakistan xalqı və dövləti 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərib. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür",- Prezident bəyan edib.
Daha çox xəbər:
07 noyabr 2025, Cümə
İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
06 noyabr 2025, Cümə axşamı
Şahlar Hüseynov: Qələbənin Beşinci İli: Şuşadan Başlayan Zəfər Yolu və Yenidən Doğulan Qarabağ
Şərhlər (0)



