Ceyhun Bayramov: "Bu, cinayətdir"

Təəssüf ki, bəzən başqa ölkələrdəki hərbi münqaişələrdə Azərbaycan vətəndaşları da iştirak edirlər.
Bunu xarici işlər naziri Ceyhun Bayramov İordaniya Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan iordaniyalılar naziri Əymən Əs-Səfadi ilə Bakıda keçirilən brifinqdə deyib.
"Bu, müxtəlif vədlər və yollarla həyata keçirilir. Bir daha Azərbaycan vətəndaşlarına çağırış edirəm ki, bu fakt Azərbaycanda cinayət hesab olunur, bu, qanunvericiliyin pozulmasıdır. Bu kimi hərəkətlər hətta Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər", - nazir qeyd edib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)




