Nazir: 8 avqust Vaşinqton anlaşması ölkədə iqtisadi prosesləri sürətləndirib

Dünya iqtisadiyyatında qeyri-müəyyənliyin davam etdiyi şəraitdə Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, dövlət büdcəsinin maliyyə dayanıqlılığı daha da güclənir: “Bu proseslər 8 avqustda ABŞ-da Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmalarla daha da sürətlənib. Yaranan yeni imkanların iqtisadi imkana çevrilməsi qarşıda duran çağırışlardan biridir. Büdcə layihəsi hazırlananda daxili və xarici amillər nəzərə alınıb. Qlobal iqtisadiyyatda mənfi təsirlər gözləniləndən aşağı səviyyədə olması, ticarət zəncirlərinin yenidən qurulması nəticəsində qlobal iqtisadi artım artacağı proqnozlaşdırılıb. Eyni zamanda dünya iqtisadiyyatında bəzi qeyri-müəyyənliklər aradan qalxır. Azərbaycan iqtisadiyyatı son illərdə dayanıqlılıq nümayiş etdirir”.
Daha çox xəbər:
23 oktyabr 2025, Cümə axşamı
Paşinyanın təşəkkürü, müxalifətin cığallığı, Ermənistan parlamentində gərginlik
01 noyabr 2025, Şənbə
Ərdoğanın yeni hərbi doktrinası qlobal güc balansını pozur: Türkiyə dünya təhlükəsizlik sisteminin mərkəzinə çevrilir
06 noyabr 2025, Cümə axşamı
Trampın “dəli rəqibi” ölkənin siyasi sistemini dəyişir: Keçmiş SSRİ-ni dağıdan ABŞ “kommunizm kabusu”na sürüklənir
28 oktyabr 2025, Çərşənbə axşamı
Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır: Məhz Zəngəzur dəhlizi regional lideri müəyyən edəcək
Şərhlər (0)
