Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » "Ai-92" və "Ai-95" markalı benzinlə bağlı mühüm açıqlama

"Ai-92" və "Ai-95" markalı benzinlə bağlı mühüm açıqlama

04 noyabr 2025, Çərşənbə axşamı
3
0
"Ai-92" və "Ai-95" markalı benzinlə bağlı mühüm açıqlama
 
2026-cı ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-92" və "Ai-95" markalı benzin istehsalı davam etdiriləcək.
 
Bu barədə "Report"un sorğusuna cavab olaraq bəzi media resurslarında gələn ildə Heydər Əliyev adına Neft Emalı Zavodunda "Ai-95" markalı benzin istehsalının məhdudlaşdırılacağı ilə bağlı dərc olunan məlumatlara aydınlıq gətirilərkən bildirilib.
 
Məlumatda deyilir ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avropa standartlarına ("Avro-5") uyğun "Ai-92" və "Ai-95" markalı benzin istehsalı həyata keçirilir.
 
Qeyd edilib ki, zavodda tətbiq olunan müasir texnologiyalar və yenilənmiş istehsal infrastrukturu istehlakçılara yüksək keyfiyyətli və ekoloji standartlara cavab verən yanacaq təqdim edilməsinə imkan yaradır.
Şərh yaz
Şərhlər (0)