XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib

Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Bu barədə XİN-in "X"dəki hesabında paylaşım olunub.
"Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə xalqımızı təbrik edirik.
Azərbaycan xalqı İkinci Dünya Müharibəsi zamanı böyük fədakarlıq nümayiş etdirib, həm ön cəbhədə, həm də arxa cəbhədə faşizm üzərində qələbəyə mühüm töhfə verib.
Müharibə zamanı həlak olan həmvətənlərimizin əziz xatirəsini yad edir, veteranlarımıza möhkəm cansağlığı və uzun ömür arzulayırıq", - paylaşımda qeyd olunub.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
Şərhlər (0)




