Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.
“Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ölkənizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu tarixi gün Əlcəzair xalqının müstəqillik və azadlıq əzminin, sarsılmaz iradəsinin, milli birlik və həmrəyliyinin təcəssümüdür.
Azərbaycan ilə Əlcəzairi ənənəvi dostluq və qardaşlıq münasibətləri birləşdirir. Biz bu münasibətlərin inkişafına, əməkdaşlığımızın genişlənməsinə böyük əhəmiyyət veririk.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
Daha çox xəbər:
28 oktyabr 2025, Çərşənbə axşamı
Azərbaycan lideri çexiyalı həmkarını milli bayram münasibətilə təbrik edib
22 oktyabr 2025, Çərşənbə
Anar Hüseynov: Azərbaycan-Qazaxıstan münasibətləri hər iki xalqın və dövlətin maraqlarına uyğun şəkildə inkişaf edir
21 oktyabr 2025, Çərşənbə axşamı
Ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz bu gün həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq
30 oktyabr 2025, Cümə axşamı
Səttar Möhbalıyev: "8 noyabr ədalətin zəfəri, liderin iradəsi, xalqın inamı, ordunun qələbəsi idi "
Şərhlər (0)

