Diplomatların Cəbrayıl və Zəngilana səfəri başlayır
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, 2025-ci ilin 31 oktyabr tarixində ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayır.
Səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulur.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutacaq səfər zamanı diplomatik korpus nümayəndələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan bərpa və yenidənqurma işləri ilə əyani tanış olacaqlar. Onlar “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində uğurla icra olunan layihələr, habelə regionun strateji əhəmiyyətini artıran Zəngəzur dəhlizi layihəsi barədə məlumat əldə edəcək, Ağbənd qəsəbəsi ərazisindəki dəmir və avtomobil yolları ilə bağlı görülən işlərlə yerində tanış olacaqlar.
Nümayəndə heyəti əsas infrastruktur obyektlərinə, o cümlədən Zəngilan rayonunda “Dost Agropark” heyvandarlıq kompleksi və Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsində yerləşən Həkəri dəmiryolu stansiyasına baş çəkəcəklər. Zəngilan şəhərindəki yaşayış kompleksi, məktəb və uşaq bağçası binaları, Zəngilan şəhər məscidinə baxış səfər proqramına daxildir.
Diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun inkişaf potensialını yaxından görmək, həmçinin işğaldan azad edilmiş ərazilərin davamlı bərpası, sosial-iqtisadi dirçəlişi və reinteqrasiyasının təmin olunması istiqamətində Azərbaycanın səylərini dəyərləndirmək imkanı yaradacaq.
Qeyd edək ki, bu, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin 20-ci səfəridir.
Daha çox xəbər:
28 oktyabr 2025, Çərşənbə axşamı
Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır: Məhz Zəngəzur dəhlizi regional lideri müəyyən edəcək
01 noyabr 2025, Şənbə
Hikmət Hacıyev diplomatların azad olunmuş ərazilərə səfəri ilə bağlı paylaşım edib
29 oktyabr 2025, Çərşənbə
"Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər tamamlanmaq üzrədir" - AÇIQLAMA
23 oktyabr 2025, Cümə axşamı
Paşinyanın təşəkkürü, müxalifətin cığallığı, Ermənistan parlamentində gərginlik
20 oktyabr 2025, Bazar ertəsi
Böyük Qayıdış: Zəngilan rayonunun Ağalı kəndində neçə ailə məskunlaşıb?
Şərhlər (0)
