Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Litva Baş naziri Şəhidlər xiyabanında - Fotolar

Litva Baş naziri Şəhidlər xiyabanında - Fotolar

09 aprel 2026, Cümə axşamı
4
0
Litva Baş naziri Şəhidlər xiyabanında - Fotolar
 
Azərbaycanda rəsmi səfərdə olan Litvanın Baş naziri İnqa Ruqiniene bu gün Şəhidlər xiyabanını ziyarət edib.
 
“AZƏRTA xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
 
Daha sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazirə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqımızın yaddaşında tutduğu xüsusi yer və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
 
Şərh yaz
Şərhlər (0)