Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub - YENİLƏNİB

İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub - YENİLƏNİB

06 aprel 2026, Bazar ertəsi
1
0
 
Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə aprelin 6-da təkbətək görüşü olub.
 
Söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
 
Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunulub.
 
Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edilib.
 
Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulanıb.
 
Azərbaycan və Gürcüstan prezidentləri ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluqlarını bildiriblər, əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
 
Görüşdən sonra dövlət başçısı xatirə kitabına ürək sözlərini yazıb.
 
***
 
Tbilisidə aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub.
 
Sonra dövlətimizin başçısı xatirə kitabına ürək sözlərini yazdı.
Şərh yaz
Şərhlər (0)