Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Zəfər Günümüz – Millətin Birliyi, Qalib Xalqın Qüruru

Zəfər Günümüz – Millətin Birliyi, Qalib Xalqın Qüruru

29 oktyabr 2025, Çərşənbə
39
0

Prezident Horovlu kəndində sakinlərlə görüşüb, mənzillərin açarlarını təqdim edib - FOTO - Yenilənib


8 Noyabr – Azərbaycan xalqının tarixində ən şərəfli və qürurlu günlərdən biridir. Bu gün yalnız torpaqlarımızın azad edilməsinin deyil, həm də 30 illik həsrətin sona çatmasının, milli qürurumuzun yüksəlişinin təntənəsidir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı ilə Azərbaycanın hərb tarixində unudulmaz iz qoydu. Şuşanın azad olunması ilə bu müharibənin taleyi dəyişdi və Azərbaycan xalqı öz haqqını, öz torpağını geri aldı.

Seymur müəllim Zəfər Günü münasibətilə bildirib ki, bu gün təkcə bir şəhərin, bir regionun azad edilməsi deyil, həm də xalqın iradəsinin, dövlətə sədaqətinin, vətən sevgisinin təntənəsidir. “8 Noyabr – xalqımızın milli qürur günüdür. Bu qələbə yalnız hərbi əməliyyatın uğuru deyil, bütün millətin bir yumruq kimi birləşməsinin, dövlətinə olan sonsuz inamının nəticəsidir,” – deyə o qeyd edib.

Seymur müəllim vurğulayıb ki, bu zəfərin əsasında Prezident İlham Əliyevin uzaqgörən siyasəti, ordumuzun modernləşdirilməsi və xalqın birliyi dayanır. “Bizim qələbəmiz təsadüfi deyildi. Bu, illərlə hazırlığın, strategiyanın və milli iradənin nəticəsidir. Azərbaycan xalqı öz haqqını qorudu, öz tarixi ədalətini bərpa etdi,” – deyə o əlavə edib.

O şəhidlərin və qazilərin müqəddəs adını xüsusi ehtiramla yad edib: “Şəhidlərimizin qanı bahasına qazanılmış bu zəfər bizim ən böyük sərvətimizdir. Onlar Vətən uğrunda canlarını fəda etdilər. Qazilərimiz isə xalqımızın qürur mənbəyidir. Onların igidliyi Qarabağ torpağını yenidən Azərbaycan nəfəsi ilə doldurdu.”

Seymur müəllim qeyd edib ki, Zəfər Günü həm də Azərbaycanın sosial və iqtisadi inkişafının başlanğıcıdır. “Azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə gedir. Yeni məktəblər tikilir, yollar çəkilir, həyat geri qayıdır. Bu qələbənin davamıdır və hər bir vətəndaş bu prosesdə üzərinə düşən məsuliyyəti dərk etməlidir.”

O bildirib ki, gənc nəsil Zəfəri yalnız tarix kimi deyil, həm də milli kimlik kimi yaşamalıdır: “Bu tarix gənclərimiz üçün qürur mənbəyidir. Onlar bilməlidir ki, Azərbaycan xalqı məğlubedilməzdir və torpaqları uğrunda heç vaxt barışmayacaq.”

Seymur müəllim əlavə edib ki, bu qələbə Azərbaycan dövlətini regionda və dünyada nüfuzlu aktor halına gətirib: “Azərbaycan ordusu və dövlət siyasəti sayəsində artıq heç bir güc ölkəmizlə hesablaşmadan qərar verə bilməz. Biz qalibik və qalib olaraq qalacağıq.”

O bütün xalqı Zəfər Günü münasibətilə təbrik edib: “Qoy üçrəngli bayrağımız Şuşada, Qarabağda və bütün Azərbaycan səmasında daim dalğalansın. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Azərbaycan xalqının birliyi, dövlətimizin qüdrəti əbədi olsun. Zəfər Günümüz mübarək!”

8 Noyabr – təkcə keçmişin qələbəsi deyil, həm də gələcək nəsillərə əbədi miras qalan, xalqımızın ruhunda yaşayacaq, tariximizin ən parlaq səhifəsidir.
Bu qələbə millətin ürəyində döyünür və əsrlər boyu yaşayacaq.

Şərh yaz
Şərhlər (0)