"PUA hücumundan sonra hamı əmin oldu ki, Prezident İlham Əliyev xalqının arxasında duran güclü liderdir"

Məlum olduğu kimi, ötən həftə İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı hadisə baş vermişdir.
Bunu Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.
Baş nazirin sözlərinə görə, baş verən bu xoşagəlməz hadisə fonunda Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, Prezident İlham Əliyev xalqının təhlükəsizliyini qoruyan və hər zaman öz xalqının arxasında duran güclü liderdir.
"Onu da əlavə edim ki, son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda cənab Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir",- baş nazir vurğulayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
10 mart 2026, Çərşənbə axşamı
Prezident ilham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib
06 mart 2026, Cümə
Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir
19 yanvar 2026, Bazar ertəsi
Naxçıvan yolu, Zəngəzur dəhlizi, yoxsa Tramp marşrutu? - SORĞUNUN NƏTİCƏLƏRİ
Şərhlər (0)

