Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi

"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli qərarında dəyişiklik olunub.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti) cədvalinə yeni əlavə olub.
Belə ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi siyahıya əlavə edilib və limit 4 ədəd müəyyənləşdirilib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
29 dekabr 2025, Bazar ertəsi
Köhnə maşınlar üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq - Prezident təsdiqlədi
Şərhlər (0)



