Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib.
Məsud Pezeşkian martın 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadi layihələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
09 mart 2026, Bazar ertəsi
Məsud Pezeşkianın Prezident İlham Əliyevə zəngi Türkiyə mediasında müzakirə edildi - VİDEO
Şərhlər (0)


