Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Rəsmi Bakıdan regiondakı vəziyyətlə bağlı - Bəyanat

Rəsmi Bakıdan regiondakı vəziyyətlə bağlı - Bəyanat

28 fevral 2026, Şənbə
2
0

Rəsmi Bakıdan regiondakı vəziyyətlə bağlı - Bəyanat

“Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur”.

“Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Qəti şəkildə, bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq.

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq”, - XİN-dən bildirilib.

Şərh yaz
Şərhlər (0)