Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar

Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar

26 fevral 2026, Cümə axşamı
2
0
Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
 
Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar dövlət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.
 
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və digər rəsmilər faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
 
Rəsmilər Xocalı soyqırımı abidəsi önünə gül dəstələri düzüblər.
 
Fotolar: Xəyal Vəlizadə
 
Şərh yaz
Şərhlər (0)