XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir

AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi tamamilə qətiyyətlidir.
Bunu Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, 2025-ci ilin oktyabr ayında Azərbaycan və Rusiya prezidentləri arasında görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilmiş tədbirlər görülməlidir:
"Təyyarənin vurulması Rusiya müdafiə nazirliyinin səhvi ucbatından baş verib. Gözləntimiz ondan ibarətdir ki, buna dair bütün tədbirlər görüləcək, hüquqi qiymət veriləcək, kompensasiyalar ödəniləcək".
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları"nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
25 dekabr 2025, Cümə axşamı
“Euronews”da AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məqalə dərc edildi
28 oktyabr 2025, Çərşənbə axşamı
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu - Fotolar
05 fevral 2026, Cümə axşamı
Ankaradakı təyyarə qəzasının "qara qutusu" açıldı: Faciənin pərdəarxası detalları açıqlandı
Şərhlər (0)

