Deputatlar Böyük Şəhər Bələdiyyələrinin yaradılmasını təklif edir

Deputatkar Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı Böyük Şəhər Bələdiyyəsinin yaradılmasının təklif edib.
Deputat Siyavuş Novruzov bələdiyyələrin sayının azaldılması ilə yanaşı, bələdiyyələrin fəaliyyətinin effektivliyini təmin etmək üçün Böyük Şəhər Bələdiyyələrin yaradılmasını təklif edib.
Deputat Fazil Mustafa isə bildirib ki, yerlərdə idarəetmə modeli tapana qədər, ya bələdiyyələtrin statusunu genişləndirməli, ya da icra hakimiyyəti orqanlarına müəyyən əvvəlki səlahiyyətləri verməliyik. "Çünki mərkəzləşmiş qurumlar yerlərdə vətəndaşı razı sala biləcək problemlərin həllinə diqqət ayrımaqda çətinlik çəkirlər. Bu mənada Böyük Şəhər Bələdiyyəsinin yaranması vacibdir”, - deputat bildirib.
Deputat Elman Nəsirov və digərləri də bu təklifi dəstəkləyib.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
14 dekabr 2025, Bazar günü
Göyçay Pendir Zavodunun Qüruru: Mustafa Müəllim – Peşəkarlığın və İnsanlığın Nümunəsi
Şərhlər (0)


