Tehran Bakı razılaşmasının detallarını açıqladı

Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli görüşündə Tehranla Moskva Şimal-Cənub nəqliyyat dəhlizinin tərkibi olan Rəşt-Astara dəmiryolunun çəkilinin başa çatdırılması məsələsində razılıq əldə edilib.
Bu barədə İranın yol və şəhərsalma naziri Fərzane Sadiqi deyib.
İranlı nazir Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması üçün Rusiya ilə çoxdan gözlənilən sazişin gələn ay imzalanacağını açıqlayıb.
Nazir Sadiqi bildirib ki, Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması ilə bağlı müqavilənin gələn aya qədər Rusiya ilə imzalanması planlaşdırılır. O izah edib ki, Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin çatışmayan zolağı, xüsusən də Rəşt-Astara dəmir yolu istiqamətində yük daşımalarının və tranzitinin təmin edilməsinə yönəlmiş danışıqların nəticələri ilkin gözləntiləri özünü doğruldub.
Nazir İran administrasiyasının qonşu ölkələrlə əlaqələrdə fəal diplomatik fəaliyyətini, eləcə də regional əlaqələrin gücləndirilməsində nəqliyyat sektorunun mühüm rolunu vurğulayıb. O qeyd edib ki, regional əməkdaşlıq çərçivəsində son vaxtlarda Azərbaycan və Pakistana səfər edib.
Nazir onu da qeyd edib ki, avtomobil və dəmir yolu infrastrukturunun genişləndirilməsi regional inkişafın təşviqində və İranın qonşu ölkələrlə əlaqələrinin gücləndirilməsində həlledici rol oynayır.
Daha çox xəbər:
23 oktyabr 2025, Cümə axşamı
Paşinyanın təşəkkürü, müxalifətin cığallığı, Ermənistan parlamentində gərginlik
29 oktyabr 2025, Çərşənbə
İrəvanın "Rusiya xilaskar deyil" mesajının gizli hədəfi: Paşinyan Kremlə qarşı yeni "erməni ideologiyası" yaradır
28 oktyabr 2025, Çərşənbə axşamı
Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır: Məhz Zəngəzur dəhlizi regional lideri müəyyən edəcək
23 oktyabr 2025, Cümə axşamı
Bakıda mikrotunel tipli yeni kanalizasiya kollektorlarının inşasına başlanılıb
Şərhlər (0)
