Baş nazir qərar imzaladı
Nazirlər Kabineti qrantlarla bağlı normativ-hüquqi aktlarda dəyişiklik edib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklərə əsasən, qrantların verilməsi və qeydiyyatı ilə bağlı qaydalarda bələdiyyələr və bələdiyyə orqanları da hüquqi və fiziki şəxslərlə yanaşı qrant alan subyektlər siyahısına daxil edilib.
Belə ki, Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda müvafiq dəyişikliklər edilib. Qaydalarda bələdiyyələrin qrant müqavilələrinin qeydiyyatı, həmçinin bu müqavilələrə edilən dəyişikliklərin qeydə alınması mexanizmi təsbit olunub.
Eyni zamanda, elmi fəaliyyətin və turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydalarına da dəyişikliklər edilib. Yeni dəyişikliklərə əsasən, bu sahələrdə də bələdiyyələr qrant maliyyələşdirilməsindən yararlana biləcəklər.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
15 dekabr 2025, Bazar ertəsi
Azərbaycanda idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyət rəqəmsallaşdırılır
Şərhlər (0)

