Ermənistan Azərbaycan enerji şəbəkəsinə qoşulur: erməni ekspertdən həyəcanlı çağırış
Ermənistanın Azərbaycan enerji sisteminə qoşulması həm risklər, həm də müəyyən iqtisadi üstünlüklər vəd edir.
Bu barədə enerji təhlükəsizliyi üzrə ekspert Artur Avetisyan Sputnik Armenia-ya açıqlamasında danışıb.
Ekspertin sözlərinə görə, düzgün və balanslaşdırılmış qərarlar qəbul olunarsa, mövcud riskləri idarə etmək mümkündür. Lakin bu proses Ermənistanın daxili enerji sisteminin modernləşdirilməsi və yeni istehsal güclərinin yaradılması ilə paralel aparılmalıdır. Avetisyan bildirib ki, ölkə regionda enerji müstəqilliyini və ixracatçı statusunu qorumaq istəyirsə, ən azı 600 MVt gücündə atom elektrik stansiyasına sahib olmalıdır.
Mütəxəssis vurğulayıb ki, Ermənistanın enerji təhlükəsizliyinin zəifləməməsi üçün “Şimal–Cənub” və “Şərq–Qərb” layihələri eyni vaxtda həyata keçirilməlidir. Onun fikrincə, bu istiqamətlərdən yalnız birinə üstünlük verilməsi hazırkı regional və geosiyasi reallıqlar fonunda ölkəni ciddi təhlükə ilə üz-üzə qoya bilər.
Daha çox xəbər:
06 yanvar 2026, Çərşənbə axşamı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
Şərhlər (0)


