Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Azərbaycan Trampın Sülh Şurasına üzvlüyü ilə bağlı dəvətini qəbul edib

Azərbaycan Trampın Sülh Şurasına üzvlüyü ilə bağlı dəvətini qəbul edib

21 yanvar 2026, Çərşənbə
4
0
Azərbaycan Trampın Sülh Şurasına üzvlüyü ilə bağlı dəvətini qəbul edib
 
Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olması dəvətini qəbul edib.
 
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Qeyd olunub ki, yanvarın 16-da Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycanı təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib:
 
"Azərbaycan həmin dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Azərbaycanın Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır".
Şərh yaz
Şərhlər (0)