Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Qızılın qiyməti tarixi rekordunu yeniləyərək 4500 dolları ötüb

Qızılın qiyməti tarixi rekordunu yeniləyərək 4500 dolları ötüb

10 yanvar 2026, Şənbə
3
0
Qızılın qiyməti tarixi rekordunu yeniləyərək 4500 dolları ötüb
 
Qlobal əmtəə bazarlarında qızılın qiyməti 4 500 ABŞ dolları həddini keçib.
 
COMEX birjasında bu ilin fevral ayı tədarükü üzrə qızıl fyuçerslərinin qiyməti 1% artaraq 4 505 ABŞ dolları/unsiya səviyyəsinə yüksəlib.
 
Eyni zamanda, spot bazarda qızılın qiyməti 0,64% bahalaşaraq 4 506 ABŞ dollarını ötüb.
Məlumatlara görə, spot qiymətin fyuçers kontraktlarını üstələməsi bazarda qızılın dərhal tədarükünə tələbatın artdığını göstərir.
 
Qızılın qiymətindəki artım əsasən geosiyasi risklərin güclənməsi, investorların riskdən qaçış davranışının artması və təhlükəsiz aktivlərə yönələn tələbin yüksəlməsi ilə əlaqələndirilir.(apa)
Şərh yaz
Şərhlər (0)