Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Bu yollarda velosipedlərin də hərəkəti işıqforla tənzimlənəcək - Video

Bu yollarda velosipedlərin də hərəkəti işıqforla tənzimlənəcək - Video

07 yanvar 2026, Çərşənbə
2
0
Bu yollarda velosipedlərin də hərəkəti işıqforla tənzimlənəcək - Video
 
Bakıda 47 yolayrıcında mövcud olan işıqforlara 115 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.
 
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülən işlər çərçivəsində svetoforlara velosiped bölmələrinin quraşdırıldığı yeni kəsişmələr aşağıdakılardır:
 
1. Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsi;
 
2. Səbail rayonu, Neftçilər prospekti ilə Bülbül prospektinin kəsişməsi;
 
3. Səbail rayonu, Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsi;
 
4. Xətai rayonu, İzzət Orucov küçəsi ilə Sabit Orucov küçəsinin kəsişməsi.
 
Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələrinin quraşdırılması mikromobilliyin inkişafı məqsədilə həyata keçirilir.
Şərh yaz
Şərhlər (0)