"Sizə bir daha lazım olacağıq, amma onda bizim qapımızı döyməyin"

"Azərbaycan xalqına Yeni il təbrikimdə də demişdim ki, bugünkü dünya belədir - kim güclüdür, o da haqlıdır".
"Bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı müsahibə zamanı Bayden-Blinken administrasiyasının nə qədər naşükür olduğunu da xatırladıb:
"O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq, amma onda bizim qapımızı döyməyin".
Prezident İlham Əliyev bildirib ki, hazırda ABŞ-də hakimiyyətdə həmin administrasiya olsaydı, onların bir xahişi də yerinə yetirilməyəcəkdi.
Daha çox xəbər:
05 yanvar 2026, Bazar ertəsi
Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibə verib - CANLI
28 noyabr 2025, Cümə
“Gələcəyin İnşasında Liderlik: Famil Bağıyev və ‘Orbita’ Mənzil Tikinti Kooperativi”
Şərhlər (0)


