Bayram günlərində banklar və poçt şöbələri necə işləyəcək?

31 dekabr 2025 – 4 yanvar 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcək.
Bu barədə “Qafqazinfo”ya Mərkəzi Bankdan məlumat verilib.
Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 12 bankın 60 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla) fəaliyyət göstərəcək.
Həmçinin, “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi və onların əlavə obyekti (o cümlədən, 2-si 24 saat rejimində olmaqla) müştərilərə xidmət edəcək.
Bayram günlərində iş qrafiki ilə bağlı ətraflı məlumatı bu linklər vasitəsilə almaq mümkündür:
Banklar
“Azərpoçt MMC
Valyuta mübadilə məntəqələri
Daha çox xəbər:
24 dekabr 2025, Çərşənbə
Səttar Möhbalıyev: Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ulu Öndər Heydər Əliyev ideyalarından cənab Prezident İlham Əliyev liderliyinə uzanan böyük tarixi missiyadır
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
15 dekabr 2025, Bazar ertəsi
Krediti olanların nəzərinə: Bankların buna ixtiyarı yoxdur - XƏBƏRDARLIQ
Şərhlər (0)


