Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Mirziyoyev Əliyevə zəng etdi

Mirziyoyev Əliyevə zəng etdi

24 dekabr 2025, Çərşənbə
1
0
Mirziyoyev Əliyevə zəng etdi
 
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
 
“ Şavkat Mirziyoyev dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
 
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
 
Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin isə ölkəmizə həyata keçirdikləri səfərlər və aparılmış səmərəli müzakirələr məmnunluqla xatırlanıb.
 
Dövlət başçıları Azərbaycan–Özbəkistan münasibətlərinin qardaşlıq, dostluq və müttəfiqlik prinsiplərinə əsaslandığını qeyd edərək, gələcəkdə də əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Şərh yaz
Şərhlər (0)