Yeni şəxsiyyət vəsiqəsinin verilməsinə başlanıb: Hansı üstünlükləri olacaq? - FOTO

Artıq bir aydır ki, Bakıda yeni şəxsiyyət vəsiqələri verilir.
Yeni vəsiqələrdə köhnədən fərqli olaraq vətəndaşın doğulduğu yerlə yanaşı, ünvanı da qeyd edilib.
Bundan əlavə, yeni şəxsiyyət vəsiqəsindəki elektron daşıyıcıda (çip) əvvəlki versiya ilə müqayisədə bir qədər çox zəruri məlumatlar saxlanılır.
Qeyd olunur ki, yaxın gələcəkdə yeni vəsiqə ilə təmassız şəkildə müxtəlif əməliyyatlar icra etmək mümkün olacaq.
Hazırda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi prosesi yalnız paytaxtda fəaliyyət göstəən ASAN Xidmət mərkəzlərində aparılır. Paytaxtda yeni çipli vəsiqələrin yalnız 5 saylı ASAN Xidmət mərkəzində verilmədiyi bildirilir.
Əldə etdiyimiz məlumata görə, bu yenilik yaxın gələcəkdə rayonlarda da tətbiq ediləcək.
Qeyd edək ki, şəxsiyyət vəsiqələrində dəyişiklik Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklikləri təsdiq etməsindən sonra bu ildən tətbiq edilir.
Dəyişiklik Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə həyata keçirilir.

Daha çox xəbər:
21 oktyabr 2025, Çərşənbə axşamı
Ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz bu gün həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq
23 oktyabr 2025, Cümə axşamı
ABŞ Rusiya ilə “barışır”, müttəfiqləri isə savaşa hazırlaşır: Qərb dünyasının “vahid müdafiə sistemi” tamamilə dağılır
23 oktyabr 2025, Cümə axşamı
Paşinyanın təşəkkürü, müxalifətin cığallığı, Ermənistan parlamentində gərginlik
Şərhlər (0)


