Telefon:
+994 55 670 70 88
Xəbərçi » Siyasət » Spiker: Bakı Avropa Parlamentinin qəbul etdiyi qərəzli sənədi qətiyyətlə rədd edir

Spiker: Bakı Avropa Parlamentinin qəbul etdiyi qərəzli sənədi qətiyyətlə rədd edir

19 dekabr 2025, Cümə
1
0
Spiker: Bakı Avropa Parlamentinin qəbul etdiyi qərəzli sənədi qətiyyətlə rədd edir
 
Avropa Parlamentinin Azərbaycana qarşı saxta ittihamlar əsasında  qəbul etdiyi qərəzli sənədi qətiyyətlə rədd edirik. 
 
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
 
Sədr bildirib ki, Azərbaycan insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir və ölkədə demokratik institutlar inkişaf edir. 
 
Spiker əlavə edib ki, Azərbaycan əməkdaşlığa və dialoqa hazırdır, ancaq təzyiq dili ilə danışmaq mümkün deyil. "Ona görə də Avropa Parlamentinin saxta, qərəzli və müəyyən maraqlara xidmət edən  belə bir sənədin qətiyyətlə pisləyirik",-o qeyd edib.
Şərh yaz
Şərhlər (0)