Nəqliyyat sahəsi işçilərinə dövlət mükafatları təqdim edildi - Fotolar

Prezident İlham Əliyevin sərəncamları ilə təltif olunan dəmir yolu nəqliyyatı işçiləri və Bakı Metropoliteninin əməkdaşlarına dövlət mükafatlarının təqdim olunması mərasimi keçirilib.
“Tədbirdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təltif olunan sahə işçilərini təbrik edib, dövlət başçısına göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 13 oktyabr 2025-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında səmərəli fəaliyyətinə görə 4 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 15 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.
Prezident İlham Əliyevin 5 noyabr 2025-ci il tarixli Sərəncamına əsasən, Bakı Metropoliteninin inkişafında əldə etdikləri yüksək nailiyyətlərə və hərəkətin təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli fəaliyyətinə görə 1 nəfər 3-cü dərəcəli “Əmək” ordeninə, 9 nəfər “Tərəqqi” medalına layiq görülüb.
Daha çox xəbər:
04 dekabr 2025, Cümə axşamı
İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır - TƏHLİL
17 noyabr 2025, Bazar ertəsi
2026-dan avtobuslara yeni qaydalar: Elektron ödəniş, sərnişin sayğacı və yaş məhdudiyyəti
27 noyabr 2025, Cümə axşamı
İlham Əliyevin rəhbərliyi ilə Qarabağda bərpa - 5 ildə qurulan nəhəng infrastruktur
Şərhlər (0)


