Telefon:
+994 55 670 70 88
Xəbərçi » İdman » Hər şey plana uyğun gedirdi... - Qurban Qurbanov

Hər şey plana uyğun gedirdi... - Qurban Qurbanov

26 noyabr 2025, Çərşənbə
3
0

Hər şey plana uyğun gedirdi... - Qurban Qurbanov

Məğlubiyyətə baxmayaraq, komanda layiqli mübarizə apardı.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyada “Napoli”yə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

“Futbolçular çəkinmədən çıxış etdilər. Sonadək cəsarətli oyun göstərdilər. Rəqibimiz böyük komandadır. Yenə təkrar edirəm, bu cür turnirdə oynayırıq, bütün matçlardan həzz almalıyıq”, - o deyib.

Mütəxəssis birinci qoldan əvvəl edilən əvəzetmələrin oyuna təsir etdiyini söyləyib: “Hər şey plana uyğun gedirdi. Beşli müdafiədən dördlü müdafiəyə keçdiyimiz zaman 8-10 dəqiqə ərzində oyunu itirdik. Bu da matçın taleyinə təsir etdi. Təbii ki, Medinanın oyunda olması digər futbolçulara da müsbət təsir göstərə bilərdi. “Napoli” son iki görüşdə beşli müdafiədə oynayırdı. Rəqibin təcrübəli futbolçuları fərq yaratdılar”.

Şərh yaz
Şərhlər (0)