Telefon:
+994 55 670 70 88
Xəbərçi » İdman » UEFA Çempionlar Liqası: "Qarabağ" Kadinin əvəzinə başqa futbolçu sifariş edib

UEFA Çempionlar Liqası: "Qarabağ" Kadinin əvəzinə başqa futbolçu sifariş edib

21 noyabr 2025, Cümə
3
0
UEFA Çempionlar Liqası: "Qarabağ" Kadinin əvəzinə başqa futbolçu sifariş edib
 
"Qarabağ" klubu UEFA Çempionlar Liqasının oyunları üçün daha bir futbolçunu iştirak ərizəsinə daxil edib.
 
 "Report" məlumatına görə, Joni Montiel siyahıya əlavə olunub.
 
27 yaşlı yarımmüdafiəçi zədə səbəbindən uzun müddətə sıradan çıxan Kadi Borgesi əvəzləyib.
 
UEFA İcraiyyə Komitəsinin yayda çıxardığı qərara əsasən, avrokuboklarda bir futbolçu ən azı 2 aylıq sıradan çıxsa, onu iştirak ərizəsində başqası əvəzləyə bilər.
 
Qeyd edək ki, "Qarabağ" noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada "Napoli"nin qonağı olacaq.
Şərh yaz
Şərhlər (0)